Maraqlı

Rolls-Royce şirkətinin rəhbəri yeni Ghost haqqında məlumat verib - FOTO

15 Avqust 2020 21:30
Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rolls-Royce şirkəti, koronavirus epidemiyası səbəbiylə təxirə salınmış yeni nəsil Ghost sedanın təqdimatına hazırlaşmağa davam edir. Bu dəfə şirkətin rəhbəri Thorsten Müller-Otvos açıq məktubda yeni avtomobil haqqında məlumat verib.

Rolls-Royce rəhbərinin sözlərinə görə, yeni Ghost modelinin dizaynı Britaniya markasının dəyərlərinin təcəssümü olacaqdır. Dəbdəbəli sedanın yeni nəsli premium texnologiyaların müasir tendensiyalarını özündə əks etdirəcəkdir. Torsten Müller-Otvos yeni avtomobilin dizaynını "post-bolluq" termini ilə müəyyənləşdirdi.

Post-bolluq dövrü dedikdə, şirkətin rəhbəri koronavirus pandemiyasından sonrakı dövrünü nəzərdə tutur. Bu konsepsiya dəb industriyası üçün xarakterik olan "nüfuzlu babatlığın" (brendin obyektdən daha vacib olduğu hal) antitezasıdır. Post-bolluq isə hər şey tam əksinədir: obyekt və onun tərkibi (dizayn, materiallar) həmişə öndədir.

Ghost sedanının Rolls-Royce markasının ən uğurlu modeli olduğu üçün britaniyalı mühəndislər müştərilərin istəklərini nəzərə alıblar. Ghost modelinin sahibləri yeni avtomobilin minimalizm üslubunda dizayna malik olmasını arzu ediblər. Britaniyaşirkətinin rəhbərinin sözlərinə görə, yeni nəsil Rolls-Royce Ghost sedanının yaradılmasında marka müştərilərinin rəyi mühüm rol oynayıb.

Hal-hazırda, yenilənmiş Rolls-Royce Ghost modelinin əsasını BMW markasının bayraqdar 7 Series sedanının inşa edildiyi platformanın təşkil edəcəyi məlumdur. Bundan əlavə, Torsten Müller-Otvosun fikrincə, avtomobilin əvvəlki nəslindən qalan yeganə elementlər emblemlər və markanın loqotipi olacaqdır.

İyulun ortalarında yeni nəsil Rolls-Royce Ghost modelinin qabaqcıl hava təmizləmə sistemini alacağı məlum olub. Dəbdədbəli sedanın sürücüləri mobil tətbiqin köməyi ilə havanın filtrasiyasını qoşaraq, salonu vacib sərnişinin gəlişinə hazırlayacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.