Maraqlı

Porsche Taycan ondan gözlənilən satışları nümayiş etdirə bilməyib - FOTO

15 Avqust 2020 22:30
Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Porsche şirkətinin ilk elektromobili olan Taycan modeli gözləniləndən daha az tələbata malik olub: 2020-ci ilin ilk altı ayında dünya üzrə 4480 elektrokar satılıb.

İlin ilk yarısında Porsche şirkətinin qlobal satışları 116.964 avtomobildən ibarət olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 12% azdır. Satışların nəticələrinə ciddi təsir edən amillərdən başlıcası koronavirus pandemiyası olub.

Milli.Az autograph.az-a istinadən bildirir ki, pandemiya ucbatından diler mərkəzləri bağlanıb, avtomobillərə olan tələbat ciddi şəkildə azalıb. Markanın ən populyar modeli  Cayenne krossoveridir - 2020-ci ilin ilk yarısında 39.245 avtomobil alınıb. İkinci yerdə 34.430 ədəd satılan Macan qərarlaşıb. Əfsanəvi 911 sportkarı iki faizlik satış artım nümayiş etdirib - öz alıcısını 16.919 ədəd sportkar tapıb.

Porsche Taycanın satışları gözlənənlərə uyğun olmayıb: şirkət yalnız 4.480 elektrokarı satmağa müvəffəq olub. Əvvəlcə Zuffenhauzendəki zavodda ildə 20 min Taycan istehsal etmək planlaşdırılırdı, ancaq əvvəlcədən sifarişlərin qəbulu istehsalçını perspektiv həcmi iki dəfə artırmağa sövq edib. Beləliklə, Porsche marketoloqları markanın ilk elektromobilinin Macan, 911 və Panamera modellərindən daha populyar olacağını gözləyirdilər.

Elektrokarın satışlarına təsir edən amillərdən biri də, satışların başlanğıcında ancaq bahalı Turbo və Turbo S versiyalarının təklif edilməsi olub. Bir müddət bundan öncə təqdim edilmiş daha ucuz versiya Taycan modelinin satışlarına təkan verməlidir. COVID-19 imkan verərsə, əlbəttə ki...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.