Maraqlı

"Universitetdə oxuyan qız İnstaqramda çimərlik fotosu paylaşmaz"

3 Avqust 2020 09:25
Baxış: 2 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Coşkun Sabah ünvanına yazılan tənqidlərə cavab verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Bodrumda otellərin birində dincələn ifaçını paparassilər görüntüləyib. Səhnəyə çıxmazdan əvvəl jurnalistlərlə görüşən sənətçi müsahibəsində qızı Roza ilə bağlı dediyi "Universitetdə oxuyan bir qızın çimərlik geyimində fotosu ola bilməz. İnstaqramını bağlatdırdıq" açıqlamasına aydınlıq gətirib.

Özünə haqq qazandıran Sabah "Çox normal ata açıqlaması verdim. Onu da başqa yerə yozublar. Universitetdə oxuyan bir qızımın çimərlik geyimində fotosunu İnstaqramda hər kəsə açıq qoymasını istəmirəm. Bundan təbi nə ola bilər? Tənqidlər vecimə deyil. Onların həddi yoxdur mənim atalığımı müzakirəyə çıxarsınlar. Mənim həyata baxışımı kim müzakirə edə bilər? Normal türk adət-ənənələrinə uyğun bir atayam. Diyarbakırdanam, ona görə də nə edəcəyimi gözəl bilirəm. Qızım da səhvini başa düşüb. Ona görə də mənimlə küsülü deyil" deyə, sözlərini davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.