Maraqlı

Bu əməlin savabı, Kəbəni 10 dəfə təvaf etməkdən daha çoxdur

4 Avqust 2020 20:55
Baxış: 1 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanlara xidmət etmək və onlara dəyər vermək - İlahi peyğəmbərlərin (ə) və vəsilərin tövsiyələrindən biri olmuşdur. İnsan bəzən xoş söz vasitəsilə, bəzən gözəl əxlaq nümayiş etdirərək insanlara xidmət edə bilər.

Uca Allah buyurur: "İnsanlarla xoş dillə danışın". ("Bəqərə" 83).

Əziz Peyğəmbərimiz (s) buyurur: "Əgər Allahın sizə yardım etməsini istəyirsinizsə, siz də mömin qardaşınızın halına kömək edin".

İshaq ibni Əmmar nəql edir: "İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim bu evi (Kəbəni) bir dəfə təvaf edərsə, Allah ona min həsənə yazar. Min günahını məhv edər. Onu min dərəcə yuxarı qaldırar. Behiştdə onun üçün min ağac əkər. Onun üçün min qul azad etməyin savabını yazar. Behiştin səkkiz qapısını onun üzünə açar.

Sonra ona deyər ki, hansı qapıdan istəyirsənsə, daxil ol".

Həzrət Cəfər Sadiq (ə) İshaqa buyurur: "Sənə o şeydən xəbər verimmi ki, bunlardan daha fəzilətlidir?".

İshaq deyir: "Bəli".

Həzrət (ə) buyurur: "Hər kim mömin qardaşının hacətini yerinə yetirər, Allah onun üçün təvafın, təvafın /və bu yolla on dəfə təvaf sözünü təkrar edir/ (savabını) yazar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.