Maraqlı

Təvafdan da vacib əməl

4 Avqust 2020 21:40
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əban ibni Təğəllüb, İmam Sadiqin (ə) yaxın tərəfdaşlarından idi. O, nəql edir: "İmam Sadiqlə (ə) birlikdə Məkkədə idik. Həzrətlə (ə) birlikdə Kəbəni təvaf edirdik. Bu zaman dostlarımdan biri məndən xahiş etdi ki, hacətini yerinə yetirmək üçün onunla birlikdə gedəm.

Ancaq mən təvaf etməyə davam edirdim. O, mənə işarə edirdi, ancaq mən də ona fikir vermirdim. İmamı (ə) tək qoymaq istəmirdim.

O, yenə mənə işarə etdi və bu dəfə onun işarəsini İmam Sadiq (ə) gördü və mənə buyurdu: "Onun səninlə işi vardır?".

Dedim: "Bəli".

Buyurdu: "O, kimdir?".

Dedim: "Bizim dostlardandır, Əhli-Beyt (ə) davamçısıdır".

Buyurdu: "Onun yanına get".

Dedim: "Təvafı qət edim?".

Buyurdu: "Bəli".

Dedim: "Baxmayaraq ki, təvaf vacib olsa belə?".

Buyurdu: "Bəli, get. Baxmayaraq ki, təvaf vacib olsa belə". (Həvzəh)

İmam (ə) başqa yerdə buyurur: "Müsəlmanın başqa müsəlmanın ehtiyaclarını həyata keçirtmək üçün səy etməsi, Kəbənin ətrafına edilən 70 təvafdan daha yaxşıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.