Maraqlı

İman gətirməyib, yaxşı iş görənlər mükafatlarını bu dünyada alacaqlar

4 Avqust 2020 20:15
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam dini sonuncu və kamil bir dindir. Bu din Qədir-Xum səhrasında Həzrət Peyğəmbərimiz (s) tərəfindən kamil olmuşdu. "Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim". ("Maidə" 3).

Ancaq elə kəslər vardır ki, müsəlman deyildir, lakin İslam dininin haqq olduğunu qəbul edir və onun buyurduqlarına əməl edirlər. (Tebyan)

Bu bəhsimizdə iki dəstə insanlardan söhbət açılacaq:

1. Onlar ki, müsəlman olmayıblar, ancaq elə işlər görürlər ki, İslam dini tərəfindən bəyənilir. Amma bilərəkdən dini inkar edirlər.

2. Onlar ki, müsəlman olmayıblar, ancaq bu dini qəbul etməməyi agah şəkildə olmamışdır.

Elə insanlar var ki, müsəlman deyil, ancaq həyatlarında elə işlər görürlər ki, İslam dini ona əmr etmişdir. Misal üçün yalan danışmırlar, baqşalarının hüququna hörmət edirlər, yoxsullara əl tuturlar, ailəsi və ətrafında olanlarla mehribandırlar...

Əgər bu insanlar birinci dəstədən olsalar, yəni İslam dininin haqq və düz din olduğu bilir, ancaq bilərəkdən ona iman gətirməkdən çəkinirlər, o kəslərlə eyni sırada olacaqlar ki, Quran onları kafir adlandırır. "Kafir olan və Bizim (tovhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar". ("Bəqərə" 36).

Quran o kəsləri kafir və əzaba layiq bilir ki, işləri inkar etməkdir. Əks halda o kəs ki, haqq dinə diqqətsizliyi üzündən ona iman gətirmək nemətindən məhrumdursa, inad və təkəbbürünə görə deyil - bu cür insan kafir deyildir. Müstəzəf, zəif bir insandır ki, aqibəti Allahın əlindədir.

Quran kitab əhlini İslam dininə dəvət edir və onların ancaq bu yolla xilas ola biləcəklərini vurğulayır. "Beləliklə, əgər onlar da sizin iman gətirdiklərinizə iman gətirsələr, şübhəsiz, doğru yolu tapıblar. Əgər üz döndərsələr, həqiqətən, müxalifət və düşmənçilik məqamındadırlar". ("Bəqərə" 137). Aydındır ki, hər kim batil yolda irəliləyər, heç bir zaman səadət üzü görməz.

Ancaq o kəslər ki, bilərəkdən İslam dinini qəbul etmir və onu inkar edirlər, Allah onların bütün yaxşılıqlarının əvəzini bu dünyada onlara verəcəkdir. "Biz (dini qəbul etməyib) dünya həyatını və onun zinət və bəzəyini istəyənlərin (gözəl rəftarları, pul xərcləmələri, ixtiraları və müxtəlif xidmətlər kimi xeyir) əməllərini(n dünya mükafatını, mükafatın əməlin təbii nəticəsi, yaxud ilahi bəxşiş olmasından asılı olmayaraq) dünyada kamil surətdə onlara verərik və dünyada onlardan əsla bir şey kəsilməz". ("Hud" 15). Axirətdə isə əzab görəcəklər.

İkinci dəstə isə o insanlardır ki, İslam dinini tanıya bilməmiş və bunda təqsirləri olmamışdır. Quran onları müstəzəf adlandırmışdır. Onların cərgəsi yuxarıdakı dəstədən ayrıdır. Allahın bu insanlarla nə edəcəyi açıq şəkildə bəyan edilməmişdir. "Heç bir çarəsi olmayan və (hicrət etməyə) heç cür yol tapa bilməyən zəif salınmış kişi, qadın və uşaqlar (hakim qüdrətin və ya elm öyrənməyə mane olan mühitin zəif hala saldığı bu kəslər) - müstəsnadırlar". ("Nisa" 98). Bu ayədən belə nəticə çıxartmaq olar ki, həqiqi zəif insan o kəsdir ki, Allah üzürünü qəbul edəcəkdir. O kəs ki, həqiqətən vəziyyətini dəyişə bilmir, hicrət etməyə qüdrəti yoxdur, aydındır ki, bu, onun zəif insan olduğu üçün olmuşdur. İnsan bunu bilərəkdən etməmişdir. Ona görə də Allah dərgahında üzrlü səbəbləri vardır.

Ancaq bu məsələni vurğulamaq lazımdır ki, bu gün texnikanın bu qədər inkişaf etdiyi bir zamanda çox az insan tapılar ki, İslam dinini tanımasın və adını belə eşitməmiş olsun. Bu gün hər bir şəhərdə və kənddə internet və peyk antennaları mövcuddur. Yer üzünün hər bir insanı asanlıqla İslam dinini tanıyıb onun haqqında məlumat toplaya bilər.

Ancaq yenə də bu cür insan olarsa, Allah Təala buyurur: "Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur". ("Bəqərə" 286).

Allah Təala bizləri dünya və axirət səadəti görənlərdən qərar versin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.