Maraqlı

İnsan qalıcı həyatı necə təmin edə bilər?

4 Avqust 2020 23:10
Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanın əziyyət içində yaşaması və çətinliklərə dözməsi - əslində rifaha çatması üçündür. Dünyada əziyyət olsa da, axirətdə rahatlıq deməkdir.

Hər kim belə şəraitdə yaşayar - əslində məntiqə malik olmalıdır. Bilməlidir ki, bu dünya fani, axirət isə cavidandır. Bu qısa ömrü boyu əziyyət çəksə də, cavidan həyat olan axirətdə əksinə - rahatlıq və hüzur əldə edəcəkdir.

Hər kim Allahı və məada qəbul edərsə, əbədi və qalıcı həyata malik olar. Allaha və məada etiqad olmadan yaşamaq - əslində cəhənnəm deməkdir. O cəhənnəm ki, insan orada yanar, elə bir zindandır ki, insan orada məhbus olar.

Ona görə də deyə bilərik ki, ancaq axirətə imanı olanlar cavidan həyata malik olarlar. İlahi peyğəmbərlər (ə) əslində o kəslərdir ki, gözlərimizin üzərində olan qəflət pərdəsini kənara çəkər və həqiqətləri görməyimizə yardım edərlər. Su hövzələrinin zahiri olduğu kimi, dərinlikləri də vardır. Eyni zamanda, üzərində yerdiyimiz torpağın da zahiri olduğu kimi, dərinlikləri və batini də vardır. Heç bir haqda düşünürükmü?

Var olmaq ancaq o demək deyildir ki, gözümüzlə görək və hisslərimizlə idrak edək. O şeyi ki, görürük və ya hiss edirik - əslində həmin əşyanın həqiqəti olmur. Çünki bu hiss dünyasından başqa dünyalar da vardır. O mücərrəd dünya - qeyb dünyasıdır. Bu aləmin batini isə maddə olmaqdan daha yüksəkdədir ki, onu metafizik adlandırırlar. Yəni, qeyb aləmi.

İnsan gözü ilə görə bilmədiklərini, əslində qəlb gözü ilə müşahidə edə bilər. Eşidə bilmədiklərini isə can qulağı ilə eşidə bilər. Ona görə də hər kim bu yolda irəliləmək istəyirsə, gərək İlahi peyğəmbərlərin (ə) ardıcılı olsunlar. Məhz onlar Allahın yer üzərindəki elçiləridir. Bizlərə həqiqəti göstərənlərdir. Onlar gəliblər ki, həm insanın dünya görüşünü genişləndirsinlər və həm də insanları düşünməyə vadar etsinlər.

Hər kim düşünər, həm özünü tanıyar, həm də Allahını. Allahını tanıyan insan üçün isə həyat qalıcı və cavidandır. Baxmayaraq ki, ömrünün bir hissəsini dünyada yaşasa belə.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.