Maraqlı

Xeyir əməllərə həm ölənlərimizi, həm də dirilərimizi şərik edək

4 Avqust 2020 20:40
Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir nəfər İmam Rzadan (ə) soruşur: "Neçə nəfəri öz həccimizə şərik edə bilərik?". İmam buyurur: "Neçə nəfəri istəsəniz".

Hədislərimizin buyurduğuna görə bu cür əməl edən insanlara Allah iki savab verər. Yerinə yetirdiyi əməlin savabını və sileyi-rəhmin savabını.

Hədislərimiz ölülərimizi ziyarət edib, onlar üçün dua etməyi çox tövsiyə edir. Xeyir işlər görən zaman niyyətimizdə ölülərimizi də şərik edə bilərik. Bir nəfər İmam Kazımın (ə) xidmətinə gəlir və deyir: "Mən Məkkəyə getmək istəyəndə mənə demişdilər ki, onlar üçün bir təvaf və iki rükət namaz qılım. Ancaq mən unutmuşam". İmam (ə) buyurur: "Nə zaman Məkkəyə getsən, bir təvaf və iki rükət namaz qıl və sonra de: "Allahım, bu təvaf və iki rükət namazı özüm, ailəm, valideynlərim, qohumlarım və bütün həmşəhərlərim üçün qərar ver"". (Erfan)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əslində bu cür xeyir əməllər dünyadan getmişlər üçün bir xidmətdir. Onlar üçün xüsusi bərəkətə malikdir. Adətən Quranda da edilən dualar cəmə şamil edilir. "Onlardan bəzisi deyər: "Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi (cəhənnəm) odun(un) əzabından qoru"". ("Bəqərə" 201).

"Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhimli Sənsən!". ("Bəqərə" 128).

Həzrət Peyğəmbər (s) buyurur: "Qəbirlərində yatan ölülərinizi unutmayın. Ölülərinizin sizdən ehsan ümidi vardır. Sizin ölüləriniz zindandadırlar və sizin yaxşı əməllərinizə rəğbətləri vardır. Onların bir iş görməyə qüdrətləri yoxdur. Siz sədəqə və duanı onlara hədiyyə edin".

İmam Sadiq (ə) buyurur: "Ölü onun üçün istənilən bağışlanmağa görə şad olar. Necə ki, diri onlara verilən hədiyyəyə görə sevinər".

İmam Əli (ə) buyurur: "Ölülərinizi ziyarət edin. Çünki onlar sizinlə görüşməkdən sevinərlər. İnsan ata və anasının qəbrinin üstündə onlar üçün dua etdikdən sonra, gərək (Allahdan) öz hacətini istəsin".

Ona görə də saleh əməl yerinə yetirən zaman ölülərimizi yaddan çıxartmayaq və onları əməllərimizdə şərik edək. İnsan Quran oxuyan və yoxsullara yemək verən zaman bu xeyir əməllərində ölülərini də şərik edə bilər. Yəni, niyyəti elə etmək lazımdır ki, həmin xeyir əməldə çox sayda insanı şərik edə bilək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.