Maraqlı

Alla Puqaçova hər çıxışına görə bir milyon manat qonorar alır

26 İyul 2020 13:54
Baxış: 1 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllər boyu SSRİ məkanında ulduz müğənnilərdən olmuş, hələ də səhnəni tam tərk etməmiş Alla Puqaçovanın hər çıxışına görə aldığı qonorarın məbləği açıqlanıb.

KP.ru yazır ki, "Ru-Konsert" şirkətinin baş direktoru Yevgeni Morozovun sözlərinə görə, 71 yaşlı artist hazırda nadir hallarda evini tərk edir:

"Alla Borisovna indi korporativ məclislərdə oxumur, çünki hamı onun qonorarının olduqca böyük olmasından xəbərdardır. Hazırda milyonları küçəyə səpməyin vaxtı deyil".

Y.Morozov qeyd edib ki, əvvəllər korporativ məclislərdə çıxışa görə Alla Puqaçova 300-350 min avro qonorar alıb. O ki qaldı banketlərə, təxminən 100 nəfərlik məclisdə müğənninin çıxışı orta hesabla 40 milyon rubla (təxminən 1 milyon manat) başa gəlir. (oxu.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.