Maraqlı

"Hercai"nin aktrisası corab reklamına çəkilmək üçün 1 milyon qonorar istəyir

24 İyul 2020 16:02
Baxış: 1 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hercai" serialındakı Reyyan obrazı ilə məşhurlaşan aktrisa Ebru Şahin qısa vaxtda ekranlarda ən çox axtarılan sima olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, təkliflərin çox olduğunu görən sənətçi qiymətini iki dəfə artırıb.

Məşhur bir corab markası Şahinə təklif yollayıb. Aktrisa ilə şirkətin təmsilçiləri bir araya gələrək, qonorar haqqında danışıb. Onların reklam üçün verəcəyi 500 min lirədən (təxminən 124 min manat) Ebru imtina edib.

Aktrisa bildirib ki, ən az 1 milyon lirə (təxminən 248 min manat) qonorar istəyir. Şirkət isə məbləğin yüksək olduğunu bildirib və razılaşmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.