Maraqlı

Kia Sportage də “tündləşəcək”

1 Avqust 2020 23:30
Baxış: 1 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kia şirkəti Sportage krossoverini "tündləşdirilmiş" Nightfall Edition modifikasiyasında təklif etmək niyyətindədir. Xatırladaq ki, bir müddət bundan öncə, Şimali Amerika bazarında satılan Telluride krossoveri "tündləşdirilmiş" versiyaya sahib olub. Nightfall Edition dəsti 2021-ci model ilin Sportage krossoveri üçün təklif ediləcək və 1000 ilə 1300 dollar arasında qiymətə malik olacaqdır.

Kia Sportage Nightfall Edition modifikasiyasının yaxın debütü barədə xəbəri, şirkət daxilindəki mənbələrinə istinad edən CarsGuide portalı yayıb. "Tündləşdirilmiş" Sportage modelini digərlərindən parlaq qara rəngli tərtibat elementləri, loqotipləri, antrasit rəngli orijinal 18-düymlük təkər diskləri və tünd rəngli içliyə malik olan optikası ilə seçiləcəyi gözlənilir.

Böyük ehtimalla, Kia şirkəti, Nightfall Edition versiyasının təqdimatını Sportage modelin Şimali Amerikadakı yenilənməsi ilə birləşdirəcəkdir. Yenilənmiş Kia Sportage krossoveri təkmilləşdirilmiş multimedia və naviqasiya sistemlərinə, həmçinin genişləndirilmiş baza avadanlığı siyahısına sahib olacaqdır.

Milli.AZ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.