Maraqlı

SsangYong ilk elektrokarının tizerlərini dərc edib - FOTO

1 Avqust 2020 23:58
Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koreyanın SsangYong şirkəti gələcəkdə markanın ilk seriya elektrokarı olacaq modelin iki tizerini dərc edib. Bu, hələlik E100 kod adı ilə tanınan krossoverdir.

Şirkət tərəfindən dərc edilmiş qısa press-relizdə gələcək avtomobil ilə bağlı geniş məlumat verilməyib. Açıqlamada, avtomobilin 2021-ci ilin ilk yarısında satışa çıxacağı, alüminiumdan hazırlanmış kapota və saxta radiator barmaqlığına malik olacağı yazılıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, kompakt yalançı barmaqlıq, LED şeritləri və dam rayları olan "iki mərtəbəli" optika göstərilir.Böyük ehtimalla, yeni avtomobil bəzi bazarlarda Korando adı ilə də tanınan Actyon krossoverinin elektrik versiyası olacaqdır. Ən azından, SsangYong şirkətinin üzləşdiyi maliyyə çətinlikləri bunu söyləməyə imkan verir. Bu səbəbdən də, şirkət üçün tamamilə yeni bir model hazırlamaq çətin olmalıdır. Bu yaxınlarda SsangYong şirkətinə sahib olmuş Hindistanın Mahindra qrupunun rəhbərliyi koreyalılara əlavə maliyyə yardımı göstərməkdən imtina edib.

Milli.AZ

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.