Maraqlı

Mercedes-Benz EQS modeli 700 kilometrlik yürüş məsafəsinə malik olacaq - FOTO

4 Avqust 2020 23:01
Baxış: 1 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mercedes-Benz EQS seriya elektromobili dolu batareya ilə 700 kilometr (WLTP) məsafə qət edəcəkdir. Bunu, koronavirus səbəbi ilə onlayn şəkildə keçirilən Daimler AG konsernin səhmdarlarının illik toplantısı zamanı, konsernin rəhbəri Ola Kallenius söyləyib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Mercedes-Benz EQS modeli üçün batareyalar, Daimler konserninin törəmə müəssisəsi olan Accumotive şirkəti tərəfindən alman avtomobil nəhənginin ən qocaman müəssisələrindən olan Mercedes-Benz Untertürkheim zavodunda istehsal ediləcəkdirlər. 2019-cu ilin Vision EQS konseptinə nəzər salsaq, S-Class sedanının elektrik analoqu kimi mövqeləndirilən modelin (ayrı platformada qurulsa da) 100 kilovat-saatlıq akkumulyatorlar blokuna sahib olacağını söyləmək gərəkdir.

Ən vacibi isə, EQS modeli 350 kilovatlıq yükləməni dəstəkləyəcəkdir. Hazırda belə yükləmə gücünü inşasında Daimler konserninin də iştirak etdiyi Ionity şəbəkəsinin terminalları təmin edir. Nəticə etibarilə, batareyanın 80 faizinin (istehsalçıların əksəriyyətinin hədəf aldığı) doldurulmasına 20 dəqiqədən az vaxt sərf ediləcəkdir.

700 kilometrlik yürüş ehtiyatı bu sinif üçün rekord göstəricisi olmağa namizəddir. Müqayisə üçün, Avropada sertifikatlaşdırılmış ən "uzun mənzilli" Tesla Model S elektrokarının yürüş ehtiyatı WLTP dövrünə əsasən 610 kilometr təşkil edir. Döğrudur, bir müddət bundan əvvəl Amerikanın Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) Tesla Model S Long Range Plus modelini rəsmi olaraq 402 mil (647 km) məsafə qət edə bilən elektrik avtomobili olaraq tanıyıb. Qeyd etmək gərəkdir ki, ABŞ-dakı sınaq üsulu Avropada tətbiq edilən yeni metodikadan daha sərtdir.

Ümumiyyətlə, Tesla hələ də bu seqmentdə lider sayıla bilər. Eyni zamanda, Mercedes-Benz EQS modelindən əlavə, İlon Maskın elektrik liftbeki yeni Jaguar XJ və BMW 7 Series sedanları ilə də rəqabət aparmalı olacaqdır. Audi şirkəti flaqman A8 sedanının tam elektrikləşdirilməsindən imtina etsə də, onun əvəzinə iki iri elektromobili - e-tron GT (Porshe Taycan modelinin analoqu) və A9 e-tron adlandırılan elektrokarları hazırlayır.

Milli.AZ

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.