Maraqlı

Koronavirusu saniyələr ərzində məhv edən unikal filtr hazırlanıb

23 İyul 2020 23:20
Baxış: 1 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Hyuston Universitetinin tədqiqatçılar qrupu koronavirusu tutmaq və saniyələr ərzində öldürmək imkanına malik hava filtri hazırlayıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, laboratoriya sınaqları göstərib ki, filtr bir dəfəyə 99,8% virus elementini məhv etməyə qadirdir.

Filtrin əsasında 200 dərəcə Selsidən çox qızdırılan nikel köpüyü dayanır. Koronavirus 70 dərəcə Selsidən çox istiliyə tab gətirə bilmədiyindən alimlər qızdırılan filtr hazırlamaq qərarına gəliblər. Köpük havanı yaxşı buraxır, elastikdir və asan qızır. Onu 250 dərəcəyə qədər qızdırmaq olar.

İstehsalçılar bu filtri binaların və təyyarələrin soyutma və qızdırıcı sistemlərinə tətbiq etmək niyyətindədirlər.

Alimlər onun virus üzərində tam qələbə üçün kifayət etməyəcəyini etiraf etsələr də, filtr qapalı məkanlardakı virusun konsentrasiyasını azaltmaq imkanına malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.