Maraqlı

Jeep Wrangler modeli V8 Hemi mühərrikinə sahib olacaq - FOTO

28 İyul 2020 23:30
Baxış: 1 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ford şirkəti yenidən bərpa etdiyi Bronco modelinin ətrafında cərəyan edən ehtirasları körükləməyə davam edir. Yeni ofrouder klassik sxemə əsasən rama üzərində inşa edilmişdir. Jeep şirkətində Ford Bronco modelinin Wrangler ofrouderinin ən təhlükəli rəqibi olduğunu anlayırlar. Üstəlik, onların "Mavi Oval"dakı həmkarları bu mübarizə üçün bəzi gizli silahlara malik olduqlarına işarə ediblər.

Bu günlərdə, Jeep şirkətinin Facebook şəbəkəsindəki rəsmi səhifəsində maraqlı bir tizer dərc edilib. Yeni tizerdə Wrangler modelinin ön hissəsini təsvir olunubdur. Tizerdə əsas diqqəti çəkən element, kapotun üzərində 392 yazısı olan qeyri-adi çıxıntısıdır. Həm kapotun forması, həm də 392 rəqəmi şirkətin Wrangler modelinin yeni  flaqman versiyasını hazırladığına işarə edir.

Məsələ ondadır ki, 329 rəqəmi ofrouderin təchiz edildiyi mühərrikin kub düymdə olan həcminə işarə edir. Əslində, bu aqreqat bizə Dodge Challenger və Charger modellərinin "bərkgedən" modifikasiyalarından yaxşı tanış olan 6,4-litrlik V8 Hemi mühərrikidir. Bu mühərrik, Hellcat mühərrikini nəzərə almasaq, FCA alyansının mülki aqreqatları arasında ən ciddi gücə malik olanıdır. Səkkizsilindrli mühərrik 485 at qüvvəsinə və 644 Nm fırlanma anına malikdir. Belə mühərriklə silahlanmış Dodge Charger modeli 60 mil/saat (97 km/saat) həddinə sürətlənməyə cəmi 4,5 saniyə sərf edir.

Əvvəllər Jeep nümayəndələri Wrangler modelinin kapotunun altında belə bir mühərrikin quraşdırılmasının texniki mümkünlüyünə işarə etmişdilər. Tünerlər isə bunu işdə sübuta yetirmişdilər.Bununla birlikdə, istehsalçını belə bir addımı atmaqdan yalnız passiv təhlükəsizlik məsələləri çəkindirirdi. Böyük ehtimalla, Jeep mühəndisləri Wrangler modelinin quruluşuna ediləcək dəyişiklikləri müəyyən ediblər. Lakin, bu günə qədər şirkətdən bu barədə rəsmi açıqlama verməkdən çəkinirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.