Maraqlı

Körpələrin 2 ürək, 3 ağciyərlə dünyaya gəldiyi LƏNƏTLİ QƏSƏBƏ - FOTO

17 İyul 2020 23:45
Baxış: 5 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın tətil bölgəsi hesab edilən Colobraro qəsəbəsi lənətli yer kimi tanınır.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, İtaliyada Colobraro qəsəbəsinin yerli sakinləri 1940-cı ildən bəri qəsəbənin lənətli olduğuna inanırlar. Deyilənlərə görə qəsəbə ziyarətə gələn insanlara pis şans və xəstəlik gətirir. Maraqlısı ondadır ki, Colobraroda qəribə hadisələr baş verərək, yerli əhalinin qorxmasına səbəb olub. Qəsəbə şeytanların yaşadığı bölgə olaraq da anılır. Belə ki, keçmiş zamanlarda qəsəbədə yaşayan cadugərlər kömür, duz və sudan ibarət məlhəm hazırlayaraq xəstə insanların alnına çəkib, yol ayrıcına tökürmüşlər. Lənətli xəstəlik yoldan keçən ilk şəxsə keçdiyi üçün insanlar qəsəbəni ziyarət etməyə çəkiniblər. Deyilənlərə görə Colobraroda doğulan körpələrin çoxu iki ürək və üç ağciyərlə dünyaya göz açırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.