Maraqlı

Tokio yaxınlığında meteorit parçaları tapılıb

15 İyul 2020 07:07
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun əvvəllərində Yaponiyanın bir çox ərazilərindən səmada gecə vaxtı müşahidə edilmiş parıltıya səbəb olan meteoritin iki parçası Tokio yaxınlığında aşkar edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, meteorit iyulun 2-də səhər saat 2:30 radələrində Yaponiyanın şərqində yerləşən Kanto regionunda müşahidə edilib.

Həmin vaxt Çiba prefekturasının Naraşino şəhərinin sakini səmada güclü partlayış səsi eşidib. Həmin şəxsin sonradan çoxmərtəbəli evin girişində yerləşən bağda iki daş parçası tapdığı da bildirilir. Bu şəxs həmin daşlar barədə yaxınlıqda yerləşən muzeyə xəbər verib.

Tokio Təbiət və Elm Muzeyinin əməkdaşları üzərində olan əlamətlərə görə bu daşların meteorit parçası olduğunu bildiriblər. Belə ki, həmin daşların üzərində ərintilər var. Bununla yanaşı, həmin daşlar radiasiya şüalarına malikdirlər ki, bu da onların kosmik mənşəli olduğunu təsdiq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.