Maraqlı

İrem pərəstişkarını məhkəməyə verdi

14 İyul 2020 09:48
Baxış: 2 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli aktrisa İrem Sakın pərəstişkarı başına bəla olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Kadir Özcoşkun adlı şəxs İnstaqram hesabından mütəmadi olaraq aktrisanı narahat edən ismarıclar göndərirdi.

Aktrisa pərəstişkarının hesabını qara siyahıya atdıqdan sonra həmin şəxs İremin "Whatsapp"ına müxtəlif nömrələrdən yazmağa başlayıb. Narahatlıqdan bezəön İ.Sak məhkəməyə müraciət edib. Hakim 2 ay müddətində K.Özcoşkunun aktrisanın iş yerinə, evinə yaxınlaşmaması və sosial şəbəkə hesablarından narahat etməməsi barədə qərar qəbul edib.

Yeniden eyni hal təkrarlansa, Kadir Özcoşkunun 3 gündən 10 günə kimi həbsi tələb olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.