Maraqlı

İt 5 yaşlı uşağı ilan sancmasından XİLAS ETDİ - VİDEO

13 İyul 2020 17:39
Baxış: 2 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisidə it 5 yaşlı uşağı ilanın pəncəsindən son anda qurtarıb.

Milli.Az xəbər verir ki, bu barədə Heyvanların Monitorinqi Agentliyinin rəhbəri Vaxtang Lomjaria məlumat paylaşıb.

Onun sözlərinə görə, 5 yaşlı uşaq həyətdə oynayarkən anidən it hürüməyə başlayıb, bunu görən uşağın valideyinləri itin gürzə ilanına hürdüyünü görüb dərhal uşağı oradan uzaqlaşdırıblar.

Bundan sonra həmin ailə itin ilan tərəfindən sancıldığını biliblər və Heyvanların Monitorinqi Agentliyinə bu barədə məlumat veriblər.

Heyvanların Monitorinqi Agentliyinin rəhbəri, itin vəziyyətinin ağır olduğunu, lakin tibbi müdaxilədən sonra onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.