Maraqlı

50 Cent görüntüsünü çəkən pərəstişkarına stul çırpdı

12 İyul 2020 14:58
Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı repçi 50 Cent restoranda dava salıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Amerikanın Nyu-Cersi ştatında naməlum xanımla məkanın eyvanında yemək yeyən ulduzu pərəstişkarlarından biri videoya çəkməyə başlayıb.

Bunu görən repçi əsəbiləşib və ətrafda olan mebelləri həmin şəxsin üstünə atmağa başlayıb.

50 Cent-in atdığı stullardan biri isə yol kənarında dayanan "Lexus" markalı avtomobilə dəyib. Daha sonra ulduz həmin xanımla restoranı tərk edib.

Hadisə barədə isə polisə heç bir məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.