Maraqlı

Tərcüməçi-maska hazırlanıb

13 İyul 2020 00:45
Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın robotlar istehsalı ilə məşğul olan "Donut Robotiks" şirkəti sahibinin nitqini digər dillərə tərcümə edən ağıllı tərcüməçi-maska hazırlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "C-Face" adlanan həmin maska virusdan qorumaqla yanaşı, onun sahibinin dediklərini doqquz dilə - Koreya, Vyetnam, Çin, tay, fransız, ingilis, ispan, İndoneziya və yapon dillərinə tərcümə edir. "Bluetooth" vasitəsilə smartfona qoşulan maska plastikdən hazırlanıb.

Qeyd edək ki, "Donut Robotiks" şirkəti bir neçə ildir ki, "Haneda" beynəlxalq aeroportunun sifarişi ilə tərcüməçi robotlar üzərində işləyir. Maskanın hazırlanması zamanı məhz bu texnologiyadan istifadə olunub.

Maskanın kraudfandinq üzərindən toplanan vəsaitlə istehsal olunması planlaşdırılır. Layihə üçün artıq 260 min dollar vəsaitin toplandığı bildirilir. Yeni məhsulun cari ilin sentyabrından satışa çıxarılacağı gözlənilir.

Təqribən 40 dollar dəyərində olan maskanın əvvəlcə Yaponiyada, sonra Çin, Avropa ölkələri və ABŞ-da satışı nəzərdə tutulur.

Şirkətdən gələcəkdə maskanın yalnız danışığı deyil, həm də görüntünü tərcümə etməsi üçün işin davam etdiriləcəyini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.