Maraqlı

45 yaşlı aktrisa hər zaman gözəl görünməsinin sirrini bölüşdü - FOTO

11 İyul 2020 17:36
Baxış: 1 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktrisa və model Drü Berrimor 20 yaşından bəri qoruduğu gözəl bədən quruluşunun sirrini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Hollivud ulduzunun müsahibəsi "InStyle" nəşrinin yeni nömrəsində dərc olunub.

45 yaşlı aktrisa cazibədar görünüşünü qorumaq üçün həftədə dörd gün pilateslə məşğul olduğunu bildirib. O, həmçinin kalorili yeməklərdən çəkindiyini qeyd edib.

"Bədənimin avtobus boyda olmaması üçün ciddi-cəhdlə çalışıram", - deyən model xarici görünüşünə görə heç zaman utanc hissi keçirmədiyini də vurğulayıb.

D.Berrimor bildirib ki, gözəl bədən quruluşu iki uşağı üçün yaxşı ana olmasına kömək edir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.