Maraqlı

Samsung-un yeni qulaqlığı Galaxy Buds Live-in dizaynı və rəngləri məlum oldu

14 İyul 2020 21:15
Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evan Blass tərəfindən verilən açıqlamalarda Samsung-un yeni simsiz qulaqlıqlarının mistik bürünc, qara və ağ rəngdə olacağı bilindi. Simsiz qulaqlığın dizaynı da qeyri-adidir.

Milli.Az ted.az-a istinadən bildirir ki, sızdırılan görüntülərə görə, Samsung Galaxy Buds Live lobya dənələrinə oxşayacaq. Samsung-un yeni simsiz qulaqlıqlarının şarj qutusu bu günə qədər istifadə etdiyimiz şarj qutularından bir qədər böyük olacaq. Daha da maraqlısı odur ki, Galaxy Buds Live-da qulaqlıq ucluqları yoxdur. Bunu Galaxy Buds Live-in şarj qutusunda çox aydın görmək olar.

Deyilən iddialara görə, bu simsiz qulaqlıqların 22 iyulda təqdim olunacağı gözlənilirdi. Ancaq Samsung bu iddialardan sonra bir açıqlama verərək 5 avqustda "Galaxy Unpacked" tədbiri keçirəcəyini bildirdi. Bu da avqust ayında Galaxy Buds Live-in təqdim olunacağına işarədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.