Maraqlı

Müsəlman necə qidalanmalıdır?

14 İyul 2020 23:20
Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeməkdə ifrat etmək bir müsəlmana yaraşmayan əməllərdəndir. Ona görə də bir müsəlman necə yemək yeməlidir? Bunu hədislərə nəzər salaraq öyrənək.

İmam Əli (ə) buyurur: "Çox yemək yeməkdən çəkinin ki, qəlbi daşlaşdırar, namaza qarşı tənbəllik mənbəyidir, bədəni xəstələndirər".

İmam Sadiq (ə) buyurur: "Evinizdə yemək yeyən zaman süfrəyə və qabınızın ətrafına düşənləri toplayıb meyl edin ki, onlarda daxili xəstəliklərin şəfası vardır".

İmam Sadiq (ə) buyurur: "Hər növ meyvə zəhərli və çirkli olar. Nə zaman onlardan istifadə etmək istəsəniz, su ilə yuyun".

İmam Əli (ə) buyurur: "Heç bir zaman həzmsizliyə düçar olmamışam". Soruşurlar ki, niyə? Buyurur: "Çünki ağzıma apardığım hər bir tikədə Allahın adını çəkmişəm".

Həzrət Peyğəmbər (s) buyurur: "Dünya və axirət içəcəklərinin başında su durur".

Həzrət başqa yerdə buyurur: "Şamı tərk etməyin, baxmayaraq ki, bir dənə quru xurma olsa belə. Mən ümmətimə görə qorxuram ki, şam yeməyini tərk etməklə qocalıq soraqlarına gələr. Çünki şam yeməyi qoca və cavanın güc mənbəyidir".

İmam Əli (ə) buyurur: "Xurma yeyin, çünki dərdlərin şəfasıdır".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah yanında üç nəfər hamıdan daha çox mənfurdur: o kəs ki, gündüzləri çox yatır, halbuki, gecə heç namaz qılmamışdır. O kəs ki, çox yeyir və yeyən zaman Allahın adını və həmdini demir. O kəs ki, səbəbsiz gülür".

İmam Sadiq (ə) buyurur: "Allah çox yeməyə və işsiz qalmağa niftrət edir".

Həzrət Peyğəmbər (s) buyurur: "Uşaq üçün ən yaxşı süd - ana südüdür".

Həzrət başqa yerdə buyurur: "Hər bir şeydə yaxşı niyyətin olmaldır, hətta yemək yeyəndə və yatanda belə".

İmam Əli (ə) buyurur: "Nə zaman Allah bəndəsini islah etmək istəsə, ona üç şeyi nəsib edər: az danışmağı, az yeməyi və az yatmağı".

İmam Kazım (ə) buyurur: "Əgər insanlar yeməkdə mötədil olsalar, bədənləri sağlam qalar".

İmam Sadiq (ə) buyurur: "Möminin qəlbi üçün çox yeməkdən daha çox ziyan verən şey yoxdur. Çox yemək iki şeyə səbəb olar: qəlbi daşlaşar, şəhvətə təhrik edər".

İmam Baqir (ə) buyurur: "O kəsin ki, mədəsi doludur, Allaha ən uzaq insandır".

İmam Əli (ə) buyurur: "Az yemək iffətin nişanəsidir, çox yemək isə israfın nişanəsidir".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, yeməyi az yeyər, mədəsi sağlam qalar, qəlb səfası əldə edər. Nə zaman çox yeyən olsa, mədəsi xəstə, qəlbi sərt olar".

İmam Əli (ə) buyurur: "O kəsin ki, yeməyi az olar, düşüncəsi zülal olar".

İmam Əli (ə) başqa yerdə buyurur: "Aclıq nəfsi əsir etmək və adətini sındırmaq üçün necə də yaxşı dostdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.