Maraqlı

Diş məcunları və onların fərqliliyi

14 İyul 2020 23:50
Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sağlam və gözəl dişlərə sahib olmağın bir yolu da onlara göstərilən qulluqdan asılıdır. Bəzən istifadə olunan diş məcunları ağız boşluğunun təmizliyinə qulluq etsə də, onları seçərkən tərkibini araşdırmaq asan olmur. Əslində isə onların faydalı və ya zərərli olduğunu yoxlamağın sadə yolu var. Belə ki, üzərindəki kiçik xətli şriftli yazılarda mühüm məlumatlar əks olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Respublika Stomatoloji Mərkəzinin həkim-stomatoloqu Fidan Abdullayevanın dediyinə görə, qara xətli diş məcunlarının təbii komponenti yoxdur, tamamilə sintetik mənasını verir, onun tərkibində damaq ətini zədələyən maddələr daha yüksəkdir.

Qırmızı cizgi qabdakı təbii tərkibə süni əlavələrin qarışması deməkdir. Ondan istifadə dişlərin ağarmasına kömək etsə də, bir müddət sonra zədələnməsinə aparıb çıxarır. Göy xətt olan məcunlarda təbii tərkibə müalicəvi inqrediyentlər daxildir, damaq ətinin möhkəmlənməsi və profilaktikası üçün istifadə olunur. Yaşıl cizgi isə istifadə olunan məhsulun kimyəvi əlavələrsiz təbii maddələrdən ibarət olduğunu ifadə edir. Ona görə də diş məcunundan istifadə edərkən üzərində yaşıl xətt olana üstünlük verilməsi daha məsləhətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.