Maraqlı

Süveyş kanalı qədim tarixə malikdir

16 İyul 2020 20:10
Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən qədim süni su yollarından sayılır. Misirdə yerləşən, şlüzsüz gəmikeçirən su yolu olub, Aralıq dənizilə Qırmızı dənizi birləşdirməklə Hind okeanına Aralıq dəniz hövzəsindən ən qısa yolu təmin edir.

Kanalın ümumi uzunluğu 163,3 km, dərinliyi 20m, eni 45-60m, dəyəri isə 560 mln. frankdır. Kanal 240 min tonluq gəmilər buraxmaq qabiliyyətinə malikdir.

Süveyş kanalı olduqca qədim tarixinə malikdir.

Aristotelin və Herodotun yazılarından məlumdur ki, hələ b.e.ə. 1878-1888-ci illərdə firon III Senuserti Tumilat vadisindən keçərək Nil çayı ilə Qırmızı dənizi birləşdirmək məqsədi ilə kanal çəkdirir. Fironlar kanalı adlanan bu su yolunu indiki Süveyş kanalının əcdadı saymaq olar. Kanalın çəkilməsində əsas məqsəd isə Afrikanın Şərqində olan Punt vilayətinin təhlükəsiz və rahat ticarət etməsi idi. Sonradan kanalın bərpası, tikintisi ilə firon II Ramzes və II Nexo məşğul olsalar da iş tamamlanmır. Fironlar kanalının tikintisi b.e.ə. 500-cü ildə Misirin fars himayədarı I Dara tərəfindən başa çatdırılır. B.e.ə. II əsrdə II Ptolemey kanalı gəmi gedişinə yararlı hala saldırır. Xeyli müddət gəmikeçirən kanal kimi xidmət göstərən qurğu sonra yenə baxımsız hala düşür. 776-cı ilə isə xəlifə Mənsur kanalı tamam doldurtdurur ki, əsas ticarət yolu xilafətin mərkəzində olsun. 40 Kanalın yenindən bərpasına Osmanlı imperiyası dönəmində başlanır. 1569-cü ildə sədri əzəm (baş vəzir) Sokollu Mehmet paşanın əmri ilə kanalın bərpası planı hazırlansa da həyata keçirilmir. Kanalın tikintisinə 32-ci osmanlı sultanı olan Sultan Əbduləzizin hakimiyyəti illərində başlanır və onun hakimiyyəti dövründə də bitir. Sultan Əbduləzizin imzaladığı fərmana əsasən 25 aprel 1859-cu ildə SüveyĢşkanalının inşasına başlanılır. Sultanın fərmanında bu sözlər yazılmışdır: "Aralıq və Qırmızı dəniz arasındakı kanalın tikintisi əsrin ən vacib hadisəsi ola bilər." Tikintiyə rəhbərlik isə Ferdinand Lessepsə tapşırılır. 1859-cu ildə tikintisi başlanan kanalın 1869-cu ildə noyabr ayının 17-də təntənəli açılışı olur (Ģəkil 1.19).

2014-cü ilin avqustunda ikitərəfli ötürməni təmin etmək üçün uzunluğu 72 km olan paralel yolun tikintisi başlandı və 2015-ci ildə avqust ayının 6-da "Yeni Süveyş" kanalının təntənəli açılış mərasimi oldu. Kanalın açılış mərasimi 1869- cu ildə "Əl Məhrusa" gəmisinin keçməsi ilə başlandı. Bu gəmi 1865-ci ildə istehsal olunub və Misir donanmasının ən qədim gəmisidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.