Maraqlı

Bali adası turistlərin üzünə açılır

12 İyul 2020 20:35
Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın başlıca turizm mərkəzi olan Bali adası koronavirus pandemiyası ilə bağlı uzun müddətdir tətbiq edilən məhdudiyyətlərdən sonra sentyabr ayından əcnəbi turistlərin üzünə açılacaq.

Milli.Az seanews.az-a istinadən bildirir ki, Bali əyalətinin qubernatoru İ Vayan Koster bölgədəki fəaliyyətlərin üç mərhələdə bərpa ediləcəyini açıqlayıb.

Mövcud plana görə, yerli turistlər adaya iyul ayının 9-dan, əcnəbi turistlər isə sentyabrın 11-dən gələ biləcəklər.

Qeyd edək ki, adanın ulduzlu mehmanxanalarında məskunlaşma səviyyəsi ötən ilin may ayındakı 51,56 faizə, dekabr ayındakı 62,55 faizə qarşı bu ilin may ayında vur-tut 2,07 faiz olub.

İndiyədək Balidə COVID-19 virusuna 1 849 nəfər yoluxub, 20 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.