Maraqlı

Dəniz quldurlarının əsarətində olan rusiyalı dənizçilər azad edildi

12 İyul 2020 23:05
Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəniz quldurlarının əsarətində olan üç rusiyalı dənizçi bir aylıq girovluqdan sonra azad edilib.

Bu barədə "112" "Telegram" kanalı xəbər yayıb.

Məlumata görə, dəniz quldurları Benin yaxınlığında "Tommi Ritsher" konteyner daşıyıcısına hücum edib. Kapitanın baş köməkçisi Andrey Siqunov, elektrik-mexanik Vasili Suprun və baş mexanik Sergey Zaytsev silah gücü ilə pirat gəmisinə mindirilib və naməlum istiqamətə aparılıb.

Dəniz quldurları Almaniyanın "Transeste Schiffahrt GmbH" şirkətinə məxsus konteyner daşıyıcısının sahibindən 350 min dollar (595 min AZN) tələb ediblər. Gəmi sahibi bu pulu ödəmək məcburiyyətində qalıb.

Rusiyalı dənizçilər artıq vətənlərinə çatdırılıblar.

Hazırda "İnterpol"a sorğu göndərən RF hüquq-mühafizə orqanlarının əməkdaşları adam oğurluğu ilə bağlı istintaqa başlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.