Maraqlı

Gölə üzməyə gedən aktrisa YOXA ÇIXDI - FOTO

10 İyul 2020 13:01
Baxış: 2 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı məşhur aktrisa Naya Rivera oğlu ilə birlikdə gəzintiyə getdiyi göldə itkin düşüb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ''Glee'' serialı ilə məşhurluq qazanan aktrisa 5 yaşlı oğlu ilə birlikdə Kaliforniyada yerləşən Piru gölünə gəzintiyə çıxıb. Yaxta ilə gəzintiyə çıxan aktrisa üzərkən yoxa çıxıb.

Polislər saatlar sonra yaxtanı və içində yatan uşağı tapıblar. Məlum olub ki, Rivera göldə yoxa çıxıb. Polisin verdiyi açıqlamaya görə, hadisə şahidləri aktrisanı oğlu ilə birlikdə yaxta ilə gəzintiyə çıxarkən görüblər. Riveranın üzərkən göldə batdığı deyilsə də, onun meyiti hələ də axtarılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.