Maraqlı

Oğurluq üstündə tutulan şəxs həyatının ŞOKUNU YAŞADI: təxliyəsini xəbər vermədilər və...

10 İyul 2020 07:28
Baxış: 1 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samoada yaşayan Sio Afagili adlı şəxsin başına iş gəlib.

Milli.Az xəbər verir ki, 45 yaşlı şəxs 5 il boş yerə həbsxanada yatıb.

Belə ki, o, 2008-ci ildə oğurluq üstündə tutulub və haqqında 7 il həbs qərarı çıxarılıb. 2 il sonra başqa bir oğurluq məsələsində də günahkar hesab edilib və daha 5 il həbs cəzasına məhkum olunub.

Samoa qanunlarına görə, Sio bu iki cəzasını eyni zamanda çəkməli və 2015-ci ildə təxliyə olunmalı idi.

Lakin o, başqa bir məsələ üçün məhkəməyə müraciət edərkən öyrənib ki, 5 il artıq cəza çəkib.

"Samoa Observer"ə müsahibə verən şəxs kimsənin ona həbs cəzasının nə zaman bitəcəyini söyləmədiyini, özünün də həbsxanada günlərini saymadığını deyib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.