Maraqlı

Kassirin səhvi pensiyaçını milyonçu etdi

10 İyul 2020 02:30
Baxış: 2 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadalı pensiyaçı Maykl Batt kassir qadının səhvi sayəsində milyonçu olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 82 yaşlı Kombermer sakini "Lotto 6/49" lotereya bileti almaq istəyib, lakin kassir səhvən ona "Lotto Max" bileti verib. Nəticədə pensiyaçı 1 milyon Kanada dolları həcmində uduşun sahibi olub. O, uduşu sənədləşdirərkən kassirə bəxşiş verdiyini deyib.

"Əgər kassir səhvə yol verməsəydi, milyonu qazana bilməyəcəkdim", - deyə pensiyaçı etiraf edib.

Eyni zamanda, məlum olub ki, Maykl Battın qardaşı da 1980-ci illərin sonlarında lotereyada 3,5 milyon Kanada dolları udubmuş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.