Maraqlı

"TikTok" ABŞ-da qadağan edilə bilər

7 İyul 2020 19:51
Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da Çin sosial şəbəkələri, o cümlədən "TikTok" tətbiqi qadağan edilə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib. O bildirib ki, hazırda bu məsələ ciddi şəkildə nəzərdən keçirilir.

İddia olunur ki, "TikTok" kimi proqramlar istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməklə milli təhlükəsizliyə təhlükə yaradır.

Bir müddət əvvəl Hindistanda "TikTok", "WeChat" kimi Çin sosial şəbəkələri və proqramlarının fəaliyyəti qadağan olunmuşdu.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.