Maraqlı

BMW son i8 modellərini unikal rənglərə boyayıb - FOTO

12 İyul 2020 23:58
Baxış: 1 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMW i8 hibrid idman avtomobilinin istehsalı başa çatıb və bavariyalılar bu əlamətdar hadisəni qey etmək üçün son 18 avtomobili unikal rənglərlə boyayamağa qərar veriblər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, BMW şirkəti 18 nüsxəlik final seriyasından olan i8 sportkarlarını nadir rənglərlə boyayıb: hibrid idman avtomobilinin altı illik istehsal müddəti ərzində bu boyalardan heç birindən istifadə olunmayıb. Bu qərar bavariyalılara çox baha başa gəlib: BMW tədarükçülərdən fərdi boya çalarları sifariş etməli və hər bir sportkarı əl ilə boyamalı olub. "BMW i8 istehsalını belə bir finalla tamamlamaqdan qürur duyuruq", - BMW Leypsiq zavodunun direktoru Hans-Peter Kemser bildirib. Son partiyadan olan sportkarlarının alıcılarının əksəriyyəti BMW i8 Club International klubunun üzvləridir.

Ən son BMW i8 avtomobili Portimao Blue rənginə boyanmış rodster olub. Modelin istehsalının 2020-ci ilin aprel ayında başa çatacağı güman edilirdi, ancaq koronavirus pandemiyası səbəbindən i8 modelinin həyat dövrü daha bir ay yarım uzadılıb. Hibrid idman avtomobili ön oxda quraşdırılmış elektrik mühərriki, 7,1 kilovat-saatlıq batareya və arxa oxu hərəkətə gətirən 1,5-litrlik üçsilindrli benzin turbomühərriki ilə təchiz edilirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.