Maraqlı

Cadillac XT6 modeli daha əlçatan versiyada təklif ediləcək - FOTO

9 İyul 2020 21:30
Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu payızdan etibarən tam ölçülü Cadillac XT6 krossoveri Luxury adlanan daha sadə və əlçatan versiyada təklif ediləcəkdir.

Cadillac Society saytının bildirdiyinə görə, Cadillac XT6 Luxury modeli Premium Luxury və Sport təchizat səviyyələri ilə təchiz edilmiş krossoverlərdən bir pillə aşağıda yerləşəcəkdir. Üstəlik, Cadillac XT6 Luxury modelinin qiyməti amerikalılar üçün psixoloji cəhətdən əhəmiyyətli sayılan 50.000 dollar səviyyəsindən aşağı olacaqdır. Cadillac XT6 Luxury modeli ABŞ-da 48.990 dollara satılmalıdır. Müqayisə üçün, XT6 Premuim Luxury variantı 53,695 dollara, XT6 Sport versiyası isə 57,095 dollara satılır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Cadillac XT6 Luxury versiyası kuzovun xromla tərtibatına və salonda quraşdırılan alüminium işləmələrə sahib olacaqdır. Daha bahalı Premium Luxury səviyyəsi xrom kuzov elementləri və ağacdan hazırlanmış dekoru, Sport versiyası isə, ənənəvi olaraq, qara rəngli tərtibat elementləri və salonun "karbon" dekoru ilə seçilir.

Cadillac XT6 Luxury modeli 200 at qüvvəli 2,0-litrlik turbomühərrik və 9-pilləli "avtomat" ilə təchiz ediləcəkdir. Krossover standart olaraq ön ötürmə ilə təklif ediləcəkdir, əlavə ödənişlə tam ötürməni də squraşdırmaq mümkün olacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.