Maraqlı

Audi e-tron S və e-tron Sportback S modelləri təqdim olunub - FOTO

12 İyul 2020 20:01
Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üç və ya daha çox elektrik mühərriki olan konseptual və kiçik seriya ilə buraxılan elektromobillərə az da olsa rast gəlmək mümkündür, lakin bu günə qədər kütləvi elektrokarlar arasındanda ikidən artıq mühərrik ilə təklif edilənləri yox idi. İlk üçmühərrikli kütləvi elektrokar Audi e-tron S, yəni adi e-tron modelinin "bərkgedən" versiyası olub. S-modelləri iki kuzov növü ilə təqdim olunublar: adi e-tron S və kupeşəklli e-tron S Sportback.

Milli.Az autograph.az-a istinadən bildirir ki, ön oxda bir elektrik mühərriki quraşdırılıb - eyni mühərrik Audi e-tron 55 versiyasında arxada yerləşir. Arxa oxda isə, e-tron 55 modifikasiyada ön tərəfdə quraşdırılan mühərrik ilə demək olar ki, eyni olan iki elektrik mühərriki quraşdırılmışdır. Lakin, hər mühərrik öz təkərini fırladır və fərdi idarəetmə qurğusuna malikdir. Yəni, arxa oxun sol və sağ təkərlərindəki dartma qüvvəsi müstəqil şəkildə tənzimlənə bilər. Bu isə mükəmməl dartma vektoruna nəzarət sistemi deməkdir. Hər mühərrik tək pilləli reduktora malikdir.

Üç mühərrikin ən yüksək hasilatı 503 at qüvvəsi və 973 Nm fırlanma anı təşkil edir, lakin bu göstəricilər yalnız səkkiz saniyə ərzində əlçatandırlar. Nominal hasilat bir qədər azdır (bu barədə məlumat verilməyib) və standart olaraq Audi e-tron S tamamilə arxa ötürmə ilə hərəkət edir, ön mühərrik isə yalnız lazım olduqda qoşulur. Audi e-tron S modeli 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir və 210 km/saatlıq maksimal sürət həddinə malikdir. Bununla belə, S-modellərinin əsas xüsusiyyəti maksimal dinamika deyil, əla idarəetmə olmalıdır.

S-modellərinin dartma batareyası e-tron 55 modelində olduğu kimi 95 kilovat-saatlıqdır, lakin bu tutumun yalnız 86 kilovat-saatı səmərəli şəkildə istifadə olunur. Bəyan edilən yürüş məsafəsi o qədər də böyük deyil: adi krossover üçün 359 kilometr (WLTP), daha dinamik formalı Sportback üçün isə 364 kilometr. Vizual olaraq, elektrokarların S-versiyalarını 23 millimetr genişlənmiş təkər tağları, yeni emblemlər və bir qədər fərqli tərtibat sayəsində ayırd etmək olar. Salondakı fərq isə, yalnız xarakterik dekordan və güclü yan dəstəyi olan oturacaqlardan ibarətdir.

Bundan əlavə, e-tron S modeli yenidən tənzimlənmiş pnevmatik asqı (klirens 76 millimetr aralığında dəyişir) və altıporşenli ön əyləc mexanizmlər ilə təchiz edilir. Əyləcləri soyutmaq üçün nəzərdə tutulmuş ön hava girişlərində elektronika ilə idarə olunan çəpərciklər quraşdırılıb: sistem onları yalnız lazım olduqda açır. Eyni zamanda, qapalı çəpərciklər aerodinamikanı yaxşılaşdırır.

Avropada üçmühərrikli Audi e-tron S və Audi e-tron S Sportback modellərinə sifarişlər artıq qəbul olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.