Maraqlı

Yenilənmiş Santa Fe modeli haqqında yeni məlumat dərc edilib - FOTO

16 İyul 2020 08:21
Baxış: 1 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təxminən bir ay bundan əvvəl Hyundai şirkəti Santa Fe krossoverinin yenilənmiş versiyasını təqdim edib. Avtomobildə baş vermiş dəyişiklikləri sadalasaq, onları yeni nəslin inşası ilə müqayisə etmək olar. Bununla birlikdə, istehsalçı ilk təqdimatda müəyyən məlumatları paylaşmamış və onları yenilənmiş krossoverin bazara çıxarılmasına yaxın açıqlayacağını vəd etmişdi. Bu gün bu məlumatlar da dərc edilib.

Milli.Az autograph.az-a istinadən bildirir ki,  yenilənmiş Hyundai Santa Fe modeli Avropada sentyabr ayında satışa çıxacaqdır. İndi isə, onun Avropada hansı mühərriklər ilə təklif ediləcəyi məlum olub. Göründüyü kimi, şirkət hibrid texnologiyalara üstünlük vermək qərarına gəlib: satışların ilk günündən etibarən krossover 1,6-litrlik benzin turbomühərriki və 44 kilovatlıq elektrik mühərrikindən ibarət olan hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Hibrid qurğunun hasilatı 232 at qüvvəsi və 350 Nm fırlanma anı təşkil edir - belə Santa Fe həm ön, həm də tam ötürməli ola bilər.

Gələn il krossover bu qurğunun təkmilləşdirilmiş modifikasiyasını əldə edəcəkdir. Elektrik mühərrikinin gücü 66 kilovata qədər artıralacaq və təkrar doldurulan 13,8 kilovat-saatlıq batareya quraşdırılacaqdır. Hibrid qurğu alternativsiz 6-pilləli avtomatik transmissiya və tam ötürmə ilə birlikdə çalışacaqdır. Qurğunun ümumi hasilatı 268 at qüvvəsi və 350 Nm fırlanma anı olacaqdır.

Satışların başlanğıcında krossover silindr bloku, paylayıcı valı və yanacaq çiləmə sistemi təkmilləşdirilmiş 2,2-litrlik dizel mühərrikilə də təklif ediləcəkdir. Turbodizelin güc xüsusiyyətləri demək olar ki dəyişməyib - 202 at qüvvəsi və 441 Nm. Lakin, mühərrik daha yüngül və daha qənaətcil olub. Dizel aqreqatı yeni 8-pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.

Hyundai Santa Fe modelinin Azərbaycan bazarındakı satışlarına bu ilin sonunda və ya 2021-ci ilin əvvəlində başlana bilər. Təsdiq olunmamış məlumatlara görə, satışların başlanğıcda yenilənmiş Santa Fe krossoveri 191 at qüvvəli 2,5-litrlik atmosfer benzin mühərriki ilə təklif ediləcəkdir. Sonradan, 232 at qüvvəli hibrid modifikasiyasının da gətirilməsı planlaşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.