Maraqlı

Pandemiya klassik avtomobillərin qiymətlərinin artmasına səbəb olub - FOTO

9 İyul 2020 23:58
Baxış: 1 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Knight Frank konsaltinq şirkətinin bildirdiyinə görə, COVID-19 pandemiyası lüks malların bazarına mənfi təsir göstərir: sərt karantin tədbirləri marka şərablarının, kolleksiya saatlarının və zərgərlik məhsullarının qiymətlərinın davamlı olaraq aşağı düşməsinə səbəb olur.

Milli.Az autograph.az-a istinadən bildirir ki, lakin, bunu klassik avtomobillər bazarı barədə söyləmək olmaz: 2019-cu ilin son üç ayında 7% azalmasına baxmayaraq, cari ilin birinci rübündə bu seqment 3,29% artıb.

HAGI (Historic Automobile Group International) təşkilatının məlumatına əsaslanan dəbdəbə predmetlərinin yenilənmiş Luxury Investment Index (KFLII) cəlbedicilik indeksi, kolleksiya avtomobilləri bazarının hətta xəstəliyin pik dövründə belə böyüdüyünü göstərir.

Qeyd etmək lazımdır ki, bu dövrdə Ferrari avtomobilləri böyük tələbata malik olublar. Satış rəqəmlərinin artmasına ən böyük töhfəni 2,8 milyon dollara satılan 2003-cü ilin Ferrari Enzo modeli və 2,2 milyona satılan 1914-cü ilin Rolls-Royce Silver Ghost modelləri veriblər. Bonhams hərracında 7,1 milyona satılan 1932-ci ilin Bugatti Type 55 Super Sport Roadster modeli isə, ən iri sövdələşmə predmeti olub.

KFLII indeksi 2018-ci ildə ən yüksək həddə çatıb. Lakin, HAGI təşkilatının qeyd etdiyi kimi, o vaxtdan bəri indeks azalmağa davam edir. Bununla yanaşı, son 10 ildə klassik modellərin və ekzotik avtomobillərin qiyməti 194 faiz artıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.