Maraqlı

Nissan Magnite modelinin tizerini dərc edib - FOTO

9 İyul 2020 20:01
Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nissan şirkəti ilin sonuna qədər daha bir subkompakt krossoveri təqdim etmək niyyətindədir. Nissan Magnite adlandırılan krossover Hindistan bazarında satılacaqdır.

Yapon istehsalçısının dərc etdiyi şəkildə yeni krossoverin L-şəkilli gündüz hərəkət işıqları olan ön hissəsi nümayiş etdirilir. Nissan Magnite krossoveri Datsun redi-GO, Renault Kwid və Renault Triber modellərinin əsasını təşkil edən CMF-A platformasında inşa edilmişdir. Zahiri cəhətdən yeni krossover Datsuna redi-GO modelinə bənzəyir.

Ən maraqlı odur ki, Magnite modeli ilkin olaraq Datsun kimi debüt etməli idi. Hindistan mətbuatının verdiyi məlumata görə, krossover 72 at qüvvəli 1,0-litrlik üçsilindrli atmosfer mühərriki və eyni həcmli 100 at qüvvəli "turboüçlük" ilə təklif ediləcəkdir. Transmissiya güc aqreqatından asılı olaraq variator və ya "robot" olacaqdır.

Hindistanda satılacaq Nissan Magnite krossoveri Kicks modelindən bir pillə aşağıda yerləşəcək və onun qiyməti 600.000 rupidən az olacaqdır. Magnite modeli Maruti Suzuki Vitara Brezza və Hyundai Venue modelləri ilə rəqabət aparacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.