Maraqlı

Aston Martin şirkətinin ilk baykı trekdə

12 İyul 2020 20:30
Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aston Martin və Brough Superior şirkətlərinin birlikdə hazırladıqları AMB 001 trek sportbaykının dinamik xarakteristikalarını müəyyən etmək üçün trekə çıxarıblar. Aston Martin loqotipinə malik olan ilk bayk 100 nüsxəlik tirajla buraxılacaq və 108 min avroya satılacaqdır.

Aston Martin AMB 001 modelinin dizayn üslubu Britaniya markasının ortamühərrikli model xəttindən ilham alınaraq hazırlanıb. Bu xəttə Valkyrie və Valhalla modelləri daxildir. Sportbaykın əsasını titan və alüminiumdan hazırlanmış şassi, boltlarla bərkidilmiş mühərrik və karbonplastikdən hazırlanmış ramaltı təşkil edir.

Baykın xarici panelləri də kompozit materiallardan hazırlanıb və güc strukturunun bir hissəsidir. Motosiklə xas olan elementlərdən idarəetmə və amortizasiya üçün ayrı qolları olan Foir çəngəlini, mütərəqqi dempfirləmə xüsusiyyətləri olan nazim çarxını, burun və yanacaq çənindəki quraşdırılmış kiçik paslanmayan poladdan hazırlanmış qanadları göstərmək olar. Fior çəngəlinin konstruksiyası kəskin yavaşlamalar zamanı ön hissənin yatmasının qarşısı alınır və geometriya qorunur. Motosikl yarış əyləcləri ilə təchiz edilir.

AMB 001 Brough Superior şirkətinin 180 at qüvvəli 997 kub santimetrlik turbomühərriki ilə təchiz edilir. Mühərrik su və yağ soyutması, yarıquru karter, qanadcıqlarının dəyişən geometriyası olan turbokompressorlar və inokeldən Hazırlanmış buraxılış kollektoru ilə təchiz edilib. Güc aqreqatı sürüşən muftası olan 6-pilləli ötürmələr qutusu ilə tandemdə çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.