Maraqlı

İnsanın sudan xəlq olması nə məna daşıyır?

16 İyul 2020 07:01
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sudan (nütfədən) insan yaradan və onu nəsəb və səbəb əlaqələri (vasitəsi, hər bir insanın öz qan qohumları ilə olan nəsəb əlaqələri, eləcə də həyat yoldaşının qohumları ilə sonradan yaranan səbəb əlaqələri) sahibi edən Odur. Sənin Rəbbin həmişə hər şeyə qadirdir". ("Furqan" 54).

"Sonra da onun nəslini zəif və dəyərsiz bir su damcısından (nütfədən) əmələ gətirdi. Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü; sizin üçün (insanlar üçün hiss edilənləri dərk etmə vasitəsi olan) qulaq və göz və (ağılla qavranılanları dərk etmə vasitəsi olan) ürək verdi, halbuki, çox az şükür edirsiniz". ("Səcdə" 8-9).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Ustad Meşkini bu ayələr haqqında yazır: "Bu ayələr insanın formalaşmasının əvvəlki vəziyyətini bəyan edir".

İnsanın sudan xəlq olması ilə bağlı alimlər arasında iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, su insan bədəninin çox hissəsini təşkil edir. Hətta bütün canlıların həyatı sudan asılıdır. Həzrət Adəmin (ə) xilqəti də su ilə qarışmış gildən olmuşdur.

İkinci nəzəriyyəyə görə insan nütfədən xəlq olar. Su deyildikdə, nütfə nəzərdə tutulur. Yəni, insan nütfə vasitəsilə meydana gəlir.

Elmin nəzərinə görə isə birinci nəzəriyyə daha məntiqlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.