Maraqlı

Allahın möminlərə verdiyi bu vədə – əslində böyük müjdədir

16 İyul 2020 07:31
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah Təala Quranda buyurur: "(Onlar Allahı zikr etməklə məşğuldurlar) ki, Allah onlara etdiklərinin ən gözəl mükafatını versin və Öz lütfündən onlara (verilən mükafatı) artırsın. Allah istədiyinə hesabsız (əməllə müqayisə etmədən) ruzi verir". ("Nur" 38).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Əllamə Təbatəbai bu ayənin təfsirində buyurur: "Allah Təala onlara hər saleh əməllərinin qarşılığında həmin əməldən daha ali mükafat verər. Yəni, Allah hər saleh əmələ görə xırdaçılıq etməz. Onun təsirini aradan aparmaz. Həmin əməli daha gözəl şəklə salar.

Bu ayədə gələn "fəzl" sözü əta mənasını verir. Yəni, Allah Təala Öz fəzlindən o qədər verir ki, onların saleh əməllərindən daha çox olur.

Allahın möminlərinə saleh əməllərinə görə verdiyi mükafat, əslində həmin əməlin mükafatından qat-qat çox olar.

Bu vədə - Allahın mömin bəndələrinə verdiyi misilsiz vədələrdən biridir".

Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqət budur ki, Əli (ə) və onun davamçıları üçün Allah Təala yanında elə bir məqam vardır ki, əvvəlinci və axırıncı məxluqatlar onun həsrətini çəkərlər". (Tebyan)

Bu hədis bizə Allahın verdiyi bu  vədəni açıqlayır və bizi həmin məqamın ucalığından agah edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.