Maraqlı

Əzab mələklərindən nicat yolu

12 İyul 2020 20:20
Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Allahın onu 19 şölədən (əzab mələklərindən) xilas etməsini istəyirsə, "Bismilləhir-Rahmənir-Rahim"i qiraət etsin. Çünki o, 19 hərfdəndir. Allah onun hər bir hərfini, o mələklərin hər birinin qarşısında qalxan qərar verər". (Avini)

Allahın Peyğəmbəri (s) buyurur: "Mürəkkəbqabına liğə (sap) qoy, qələmi itilə, ("Bismilləhir-Rahmənir-Rahim"də) "ba" hərfini çək, "sin"i açıq yaz, "mim"i əyri yazma, Allahı gözəl yaz. "Ər-rəhman"ı bir qədər uzat, "ər-rəhim"i yaxşı yaz".

İmam Əsgəri (ə) "Bismilləhir-Rahmənir-Rahim"i təfsir edərkən buyurur: "Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi Allahdan başqa hər şeydən kəsiləndə və bütün səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz çevirər".

Allahın Peyğəmbəri (s) buyurur: "Bismilləhir-Rahmənir-Rahim"lə başlayan dua geri qaytarılmaz".

Allahın Peyğəmbəri (s) buyurur: ""Bismilləhir-Rahmənir-Rahim" - hər bir yazının başlığıdır".

İmam Sadiq (ə) buyurur: "Bəzən bizim şiələrdən biri öz işini "Bismilləhir-Rahmənir-Rahim" ilə başlamır, buna görə də Allah Təala onu çətinliklərə və xoşagəlməz vəziyyətlərə düçar edir ki, ona Allaha şükrü və sitayiş etməyi başa salsın".

Allahın Peyğəmbəri (s) buyurur: ""Bismilləhir-Rahmənir-Rahim"lə başlanmayan hər mühüm işin axırı yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.