Maraqlı

Sevgilisini döyən məşhur aktyor açıqlama yaydı

4 İyul 2020 11:45
Baxış: 1 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur aktyoru Ozan Güven sevgilisinə qarşı göstərdiyi şiddətlə bağlı narazılıqlar artdığından açıqlama yaymaq məcburiyyətində qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəxsi instaqram hesabından ictimaiyyətə səslənən aktyorun özü də şiddəti qınayaraq insanları səbrlə məhkəmə nəticəsini gözləməyə səsləyib:

"Bir neçə gündür içərisində olduğum mövzunun məni kədərləndirdiyini bilməyinizi istəyirəm. İstəmədən səbəb olduğum bu məsələyə görə məsuliyyət daşıdığımı düşündüyümdən özümü açıqlama vermək məcburiyyətində hiss etdim.

Şiddət heç bir vicdanla əsaslandırıla bilməz. İstər fiziki, istər psixoloji, istərsə də ictimai olsun, qəbul edilməməlidir və sərt reaksiya verilməlidir. Hər kəsdən hüquqi müddət sona çatana kimi gözləməyi və məhkəmənin verdiyi qərardan sonra addım atmağı xahiş edirəm. Mən səbr edirəm, rica edirəm, siz də səbr edin".

Xatırladaq ki, bir neçə gün öncə aktyor sevgilisi Deniz Bulutsuza qarşı şiddət göstərib və qadın həmin görüntüləri mediada yayıb.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.