Maraqlı

“Əl-Mizan” kitabı hansı mövzudadır və əsas özəllikləri nədir?

4 İyul 2020 21:25
Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əl-Mizan" təfsiri XX əsrdər qələmə alınmış ən məşhur Quran təfsirlərindən sayılır. Onun müəllifi görkəmli müsəlman alimi, filosof Əllamə Seyyid Muhəmməd Hüseyn Təbatəbaidir (1903-1981). Qeyd edək ki, Əllamə Təbatəbai azərbaycanlıdır və Təbrizdə doğulmuşdur. Onun müəllimləri arasında Seyyid Hüseyn Badkubeyi, Mühəmməd Hüseyn Naxçıvani Ğərəvi Kompani kimi həmyerlilərimizin də adlarını görürük. "Əl-Mizan" təfsiri nadir rast gəlinən bir üslubda qələmə alınmışdır, hətta Əllamə Təbatəbaini yeni təfsir üslubunun banisi sayırlar. Bu, Quranı Quranla təfsir etmə üslubudur. Müəllif hər bir ayəni təfsir etmək üçün digər ayələrdən istifadə etmiş, yeri gəldikcə müvafiq məzmunlu hədislərdən də faydalanmışdır. "Əl-Mizan" təfsiri fəlsəfi yönümlüdür, burada fəlsəfi mövzular üstünlük təşkil edir. Əsər ərəb dilində yazılmışdır və 20 cilddən ibarətdir. Bir çox dillərə (fars, ingilis, türk, rus) tərcümə olunmuşdur, Azərbaycan dilində tərcüməsi də tədricən nəşr edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.