Maraqlı

Birinə pul verib, sonra həmin məbləği artığı ilə almaq düzgündürmü?

4 İyul 2020 19:35
Baxış: 2 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir nəfərə borc olaraq pul vermək və pulu geri alarkən üstündə artıq məbləğ tələb etmək haramdır. Bu, riba, yəni sələm sayılır. Sələmçilik böyük günahlardandır, ayə və hədislərdə bunu qadağan edən ağır ifadələr işlənmişdir. Amma pulu artığı ilə almağın halal bir yolu vardır ki, buna müzarəbə deyirlər. Müzarəbədə pulun artığı qabaqcadan müəyyən edilmir. Müzarəbə o deməkdir ki, iki nəfər bir iş qurmaq üçün şərik olurlar. Adi şəriklikdən fərqi budur ki, burada tərəflərdən biri maliyyə yatırımı edir, o biri isə fəaliyyətlə məşğul olmağı öhdəyə alır. Müzarəbə zamanı şərt kəsirlər ki, əldə edilən qazanc onların arasında bölünsün. Yəni tərəflər qazanca şərik olurlar, ziyan olsa, bunu da bərabər qarşılayırlar. Beləliklə, pul sahibi öz pulunu o biri şəxsə verir, o da həmin pulla iş qurur. Təyin olunmuş vaxt qazanc bölünür, ilkin kapital isə yenə əvvəlki sahibinin mülkiyyətində qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.