Maraqlı

İranın ən məşhur serialının baş rol ifaçısı həbs edildi - FOTO

26 İyun 2020 14:57
Baxış: 3 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Donald Trampın vizaların verilməsinə qoyduğu qadağaya etiraz olaraq, 2017-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimini boykot edən iranlı aktrisa Təranə Əlidusti polis məmurunun davranışı ilə bağlı videonu paylaşdıqdan sonra şərti cəzaya məhkum edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, aktrisa "əxlaq polisi" ilə hicabsız qadın arasında münaqişənin qeydə alındığı videonu paylaşıb.

"Oskar" mükafatına layiq görülən "Satıcı" filminin baş rol ifaçısı iki il təxirə salınmaqla beş ay müddətinə həbs cəzasına məhkum edilib.

T.Əlidusti "hüquq-mühafizə orqanlarını təhqir etməkdə" və "dövlətə qarşı təbliğat fəaliyyəti"ndə təqsirli bilinib.

Məhkəmənin hökmünə görə, o, növbəti iki il ərzində digər cinayətlərə yol verməsə, həbs cəzasını çəkməyəcək.

Qeyd edək ki, Təranə Əlidusti İranın ən məşhur serialı olan və dünyanın bir sıra öləkələrində yayımlanan "Şəhrizad"da baş rolun ifasına görə də tanınır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.