Maraqlı

Kino tarixində bir İLK - Robot baş qəhrəmana çevrildi

26 İyun 2020 21:54
0 Şərh     Baxış: 1 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada Erika adlı süni intellekt robotu yeni elmi fantastik filmdə baş rolu oynayacaq.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu, kino tarixində ilk belə hadisədir.

Qeyd olunur ki, filmdə mükəmməl DNT molekulunu yaratmağa çalışan bir alimdən bəhs edilir. Bir anda etdiyi işdən  daha çox pisliyin gələcəyini başa düşən alim, Erikanın qaçmasına kömək edir.
"Öz həyat təcrübələrini ifalarında göstərən həqiqi aktyorlardan fərqli olaraq, Erikanın hər bir hərəkəti sıfırdan yaradıldı. Onu bir xarakter olaraq inkişaf etdirmək üçün hərəkətlərini və duyğularını təkbətək seanslarla modelləşdirməli olduq",- deyə layihə rəhbəri Sam Jose deyib.

Filmin rejissoru hələ seçilməyib, film çəkilişləri 2021-ci ildə Avropada başlayacaq. Ekran işinin ilkin büdcəsi 70 milyon dollar olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.