Maraqlı

Toyota iki elektrik krossoverinin dizaynını patentləşdirib - FOTO

7 İyul 2020 21:01
Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toyota şirkəti iki elektrik krossoverinin eksteryer dizaynını patentləşdirib. Krossoverlərdən biri yığcam, digəri isə örta ölüçülüdür. Elektrokarlar yaxın beş il ərzində satışa çıxmalıdırlar.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Toyota markasının "yaşıl" modelləri TNGA modul arxitekturasının elektromobillər üçün hazırlanmış versiyasında inşa ediləcəkdirlər. Bu platforma istənilən ötürmə növünə (ön, arxa və ya tam) malik olan avtomobilləri yaratmağa imkan verir. Platformanın əvvəlcədən elektrikləşdirməni dəstəkləmək üçün yaradıldığını nəzərə alsaq, onun elektrokarlara uyğunlaşdırılması böyük xərc tələb etməməlidir.

İnternetdə peyda olmuş hər iki patent təsviri eyni üslubdadır. Şəkillərdəki avtomobillər minimalistik dizaynı, eyni zamanda mürəkkəb xətləri olan kuzovlara malikdirlər. Bundan əlavə, elektrokarlar Range Rover və ya Tesla modellərində olduğu kimi, yığışdırılan qapı tutacaqlarına da sahib olacaqdırlar. Elektromobillərin inkişafı planına əsasən, şirkət yaxın beş ildə bazara on yeni elektrokar çıxarmalıdır. Artıq onların arasında üç krossoverin, iki minik avtomobilinin və bir universalın olacağı məlumdur.

Bu, Toyota şirkətinin elektromobillərin yaradılması sahəsində ilk təcrübəsi deyil. Belə ki, yapon markası bu il Tokioda keçirilməli olan Olimpiada üçün bir neçə elektromobili və dördüncü səviyyəli avtopilotla təchiz edilmiş şatlları hazırlamalı idi. Bu nəqliyyat vasitələrindən qonaqların və yarış iştirakçılarının daşınması üçün istifadə edilməli idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.