Maraqlı

Kia Seltos elektrokar olacaq - FOTO

16 İyul 2020 21:01
Baxış: 1 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kia şirkəti avqust ayında Seltos krossoverinin elektrik versiyasının kütləvi istehsalına başlayacaqdır. Elektromobil Çində və yalnız yerli bazar üçün istehsal ediləcəkdir.

IndianAutosBlog portalının verdiyi məlumata görə, Seltos elektrokarı 136 at qüvvəli elektrik mühərrikini və 39,2 kilovat-saatlıq dartma batareyasını özündə birləşdirən Hyundai Kona Electric modelinin baza güc qurğusu ilə təchiz ediləcəkdir. Elektrik krossoverinin yürüş ehtiyatı 300 kilometrdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, eyni zamanda, Hyundai Kona elektrokarı 204 at qüvvəli elektrik mühərriki və 64 kilovat-saatlıq batareya ilə təchiz edilmiş modifikasiyanı əldə edilə bilər. Belə güc qurğusu, elektromobilə dolu batareya ilə təxminən 470 kilometr məsafə qət etməyə və sıfırdan ilk "yüzlüyə" 7,6 saniyəyə sürətlənməyə imkan verəcəkdir.

Kia Seltos elektrokarının istehsalına avqust ayının sonuna qədər start veriləcəkdir. Hər il yalnız yerli bazar üçün nəzərdə tutulan on min elektrik avtomobilinin buraxılması planlaşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.