Maraqlı

Lucid Air modelinin seriya versiyasının debüt tarixi açıqlanıb - FOTO

11 İyul 2020 21:30
Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lucid şirkəti Air elektrik sedanının təqdimat tarixini açıqlayıb. Elektrokarın təqdimatı 9 sentaybr tarixində onlayn şəklində keçiriləcəkdir. Istehsalçı həmin gün elektrokarin texniki xüsusiyyətlərini və dəqiq qiymətini açıqlamağa söz verib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Lucid şirkəti Tesla şirkətinin keçmiş baç mühəndisi Piter Roulinson tərəfindən yaradılmış startapdır. Lucid Air modelinin prototipi 2017-ci ildə nümayiş etdirilmişdi, lakin şirkət Arizonadakı zavodu inşa etməyə yeni imkan tapıb.  Lucid şirkətindən bildirlənə görə, koronavirus pandemiyası zavodun inşası və istehsala hazırlıq planlarına mane ola bilməyib. Bunun təsdiqi kimi, son 90 gündə şirkətin 160 nəfər yeni əməkdaşı işə qəbul etdiyini göstərirlər.

Lucid Air elektrokarı Tesla Model S modelindən daha güclü, sürətli və baha olacaqdır. Avtomobil 1000 at qüvvəli güc qurğusuna və 640 kilometrlik yürüş ehtiyatına malik olacaqdır. Elektrokar həmçinin 900 voltluq yükləməni də dəstəkləyəcəkdir.

Roulinson Lucid Air modelinin Tesla şirkətinin flaqmanından fərqinin daha dəbdbəli interyerinin və premium təchizatının olduğunu bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.